Lənkəran şəhər İcra başçısı Taleh Qaraşovun növbəti görüşü Girdəni kəndində baş tutub. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə İcra aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, habelə xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak edib.
Çıxış edən İcra başçısı neft strategiyasını düzgün qiymətləndirərək paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi sayəsində əldə olunmuş iqtisadi resursların Azərbaycan xalqını böhranın xaotik nəticələrindən qoruduğunu bildirib:
“Ölkədə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Dövlət başçısının sərəncamı ilə həyata keçirilməyə başlanmış anti-böhran tədbirləri Lənkəran rayonunda da ardıcıl olaraq davam edir, sakinlər bu tədbirləri razılıqla qarşılayır”.
Kənd sakinləri çıxışlarında görülən tədbirləri bəyəndiklərini bildirib.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Son xəbərlər
Son Xəbərlər