“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, uşaq bu gün saat 17.00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində Mirsalam adlı yerli sakin tərəfindən aşkarlanıb.
Uşaq aşkarlanan zaman yanında ona aid paltar və digər əşyalar da qoyulubmuş. Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Onların müdaxiləsi ilə körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Təxminən 3 aylıq olan oğlan tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı problem olmadığı müəyyənləşib. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.
Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində körpənin valideynlərinin kimliyi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər