Lənkəranda mağazada kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.