Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və sürücü maşını aşırıb.
Nəticədə avtomobilin sürücüsü, şəhər sakini, 1978-ci il təvəllüdlü Miri Mirməhəmməd oğlu Miriyev xəsarət alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Baş nahiyəsindən xəsarətlər alan M. Miriyevə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər