Lənkəranda maşın çaya aşdı, ölənlər var

lenkeranda-masin-caya-asdi-olenler-var
Oxunma sayı: 3266

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb. 

Bu barədə "Qafqazinfo"ya DİN-in mətbuat xidmətindən bildirilib.

Nəticədə sürücü və avtomobildə olan sərnişin  Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.