Lənkəranda maşınla vurulan qadın öldü

lenkeranda-masinla-vurulan-qadin-oldu
Oxunma sayı: 1449

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 2-də saat 11 radələrində qeydə alınıb. 

Kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı  avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.