Lənkəranda məzunların maşını aşdı - Birinin qulağı qopub

lenkeranda-mezunlarin-masini-asdi
Oxunma sayı: 1898

Lənkəranda məzunlar qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Son zəng”i qeyd edən məzunların olduğu “Vaz 2107”  markalı avtomobil yoldan çıxaraq aşıb. Sakinlərin sözlərinə görə, qəza zamanı avtomobildə olan şagirdlər xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan şagirdlərdən biri Adil Həsənzadənin  baş nahiyəsinin əzilməsi,  qulağının qopması və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu