Lənkəranda Milli Qurtuluş günü böyük təntənə ilə qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin adını daşıyan Xatirə Parkında mərhum prezidentin abidəsi ziyarət edilib.
Daha sonra Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran Şəhər Təşkilatının 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş birgə ümumrayon toplantısı keçirilib.
Toplantını giriş sözü ilə açan Taleh Qaraşov çıxışında Milli Qurtuluş gününün Azərbaycanın və hər bir vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biri olduğunu qeyd edib.
Natiq 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini, YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşovun 15 iyun Milli Qurtuluş günü münasibəti ilə məruzəsi dinlənilib.



Son xəbərlər
Son Xəbərlər