Lənkəranda Milli Qurtuluş günü qeyd edilib - Foto

lenkeranda-milli-qurtulus-gunu-qeyd-edilib
Oxunma sayı: 722

Lənkəranda 15 iyun Milli Qurtuluş günü təntənə ilə qeyd edilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu münasibətlə iyunun 15-də Heydər Əliyev xatirə parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət olunub və önünə tər gül-çiçək dəstələri qoyulub.

Həmin gün Heydər Əliyev Mərkəzində “15-iyun Azərbaycan xalqının Qurtuluş Günüdür” mövzusunda konfrans keçirilib.

İcra başçısı Taleh Qaraşov konfransı açaraq Milli Qurtuluş gününün Azərbaycan xalqının taleyində oynadığı misilsiz rolu barədə ətraflı məlumat verib.

 Natiq həmin günün Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdaraq dövlət müstəqilliyini məhv olmaqdan xilas etdiyi tarixi an olduğunu diqqətə çatdırıb.

Daha sonra Lənkəran Şəhər Mədəniyyət Mərkəzində incəsənət kollektivlərinin iştirakı ilə bayram konserti olub. Konsertdə Ulu Öndərə və vətən sevgisinə həsr olunmuş musiqi nümunələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.