Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə-YOX deyək” kütləvi ictimai kompaniya çərçivəsində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, psixoloqlar, müəllimlər, gənclər, tələbələr və orta məktəblərin yuxarı sinif şagirdləri-cəmi 255 nəfər iştirak edib. Tədbiri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər Komissiyasının sədri İlqar Dadaşov açaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair dövlət siyasəti və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının xüsusiyyətləri barədə geniş məlumat verib.
Lənkəran şəhər narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şahanə Əhmədova, Lənkəran şəhər-rayon polis şöbəsinin rəis müavini Əflatun Məmmədov və digərləri “ağ ölüm” adlanan narkomaniyanın insan cəmiyyətinə gətirdiyi fəlakət haqda danışıblar.

Son xəbərlər
Son Xəbərlər