Novruz bayramı münasibətilə Lənkəranın hər yerində, eləcə də ayrı-ayrı kənd və qəsəbələrdə, mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq martın 18-də şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz şənliyi təşkil edilib.
"Qafqazinfo"ya daxil olan məlumaat görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, ağsaqqalların, ziyalıların, rayon ictimaiyyəti nümayəndələrinin, hərbçilərin iştirakı ilə keçən tədbir xalq sənətkarlığı nümunələrinə, yeniyetmə rəssamların əl işlərinə tanışlıqla başlayıb.
Əvvəlcə Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik edib.
Daha sonra ŞİH-nin başçısı təbrik nitqi söyləyib. Təbrikdə qeyd edilib ki, Novruz bayramı Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynayıb. Novruzun rəsmi bayram statusu alması və ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması isə müstəqilliyimizin nailiyyətlərindəndir.
Bayram tədbirinə rayonun bədii özfəaliyyət kollektivlərinin bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında Bahar qızı, Kosa və Keçəlin çıxışları xüsusi ab-hava qatıb.



Son xəbərlər
Son Xəbərlər