Heydər Əliyev Fondunun dəstəyi ilə Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, valideyn himayəsindən məhrum olan uşaqları bayram münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təhsil və tərbiyyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edib ki, ölkəmizdə bu qəbildən olan soydaşlarımız üçün keçirilən tədbirlər böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli mərhəmətli qayğının parlaq nümünəsidir.
Bayram süfrəsi arxasında davam edən mərasimdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.



Son xəbərlər
Son Xəbərlər