Lənkəranda piyadanı vuran sürücü qaçdı

lenkeranda-piyadani-vuran-surucu-qacdi
Oxunma sayı: 726

Lənkəranda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, rayonun Xərxətan kənd sakini 1955-ci il təvəllüdlü Mirzə Dadaşov yolu keçmək istəyərkən “Qazel” markalı avtomobil onu vurub.

Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir. 

Sürücünün müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.