Lənkəranda qadın doğuş zamanı öldü

lenkeranda-qadin-dogus-zamani-oldu
Oxunma sayı: 4065

Bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Babayeva Gülnar Rauf qızı doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirib.

Əməliyyat zamanı xəstə vəfat edib.

Qeyd edək ki, əməliyyatı xəstəxananın mama-ginekoloqu Qahir İsayev həyata keçirib.