Lənkəran şəhərində “Son zəng”dən çıxan şagirdlərin qəzaya düşməsi xəbəri ilə bağlı rəsmi açıqlama verilib.
Şəhər Polis Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, qəzaya düşən şəxslərin arasında həmin gün məzun olan şagird yoxdur. Belə ki, 42 CA 532 nömrəli “VAZ 2107” markalı avtomobildə qəfildən baş verən nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Səkiyə çırpılan maşın aşıb, bu zaman avtomobilin içərisində olan sərnişinlər – 1995-ci il təvəllüdlü Rövşən Əzizov və 2000-ci il təvəllüdlü Adil Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Avtomobilin sınan şüşəsi R.Əzizovun üzünü, A.Həsənzadənin qulağını kəsib. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar. A.Həsənzadənin qulağının qopması məlumatı doğru deyil.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər