Lənkəranda Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi

lenkeranda-ramiz-mehdiyevin-kitabinin-teqdimati-kecirildi
Oxunma sayı: 1216

Lənkəran şəhərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının cənub bölgəsi rayonlarının ictimaiyyətinə təqdimatına və ictimai müzakirəsinə həsr olunmuş tədbir keçirilib. 

Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Heydər Əliyev Mərkəzində  keçirilən tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirib ki, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu kitabda Heydər Əliyevin və onun siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə multikultural dəyərlərin formalaşması və möhkəmlənməsi istiqamədində həyata keçirdikləri misilsiz fəaliyyət barədə çox dəyərli fikirlər toplanıb. “Gərgin münaqişələr dövrünü yaşayan müasir dünyada Azərbaycanın nümunəvi tolerant cəmiyyətinə görə sabitlik adası kimi tanınması qürurvericidir”.

Müzakirələr zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini  Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Lənkəran ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov tədbirdə çıxış edib kitab barədə fikirlərini  tədbir iştirakçıları ilə bölüşüblər.