Lənkəran rayonunda yol qəzası baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb.
Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hadisə zamanı avtobus yoldan çıxaraq yüksəklikdən aşağı aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb. Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər