Lənəranda qızıl, pul və silah oğurlayan 3 nəfərdən ibarət dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sütəmurdov kəndinin poçt məntəqəsindən 67 manat, danışıq kartları, möhür və hesabat qəbzləri, rayon sakinləri İ.Abdullayevə, M.Şükürova və İ.Şükürova məxsus evlərdən içərisində 5000 manat olan seyf, 80000 manat dəyərində qızıl, geyim, məişət əşyaları, “Vinçerter” markalı ov tüfəngi, habelə rayon ərazisində pivə zavodundakı seyfdən 8000 manat oğurlanıb.
Eləcə də Əfqan Şükürova məxsus evdən oğurluğa cəhd göstərilib. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisələri törətməkdə çübhəli bilinən rayon sakinləri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli və Kamran Rəhimov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər