Lənkəranda silahlı insident, iki qohumunu öldürdü - Yenilənib

lenkeranda-silahli-insident-iki-qohumunu-oldurdu
Oxunma sayı: 3358

Lənkəranda silahlı insident olub.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib.

İlkin məlumata görə, silahlı insident qohumlar arasında baş verib. Yerli sakinlərdən biri münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.

İnsidentin təfərrüatı hələlik məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranın Havzava kəndində baş vermiş silahlı insident zamanı qətlə yetirilən şəxslərin adları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.