31 Mart soyqırımı ilə bağlı Lənkəranda anım mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, din xadimləri, müharibə veteranları, gənclər Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsi şərəfinə inşa olunmuş abidə kompleksini ziyarət ediblər. Kompleksin önünə günahsız qurbanların xatirəsinə ehtiram əlaməti olaraq al-qırmızı qərənfillər düzülüb.
Anım mərasimi Heydər Əliyev Mərkəzində soyqırımı hadisələrinin 100 illiyinə həsr olunmuş elmi konfransla davam etdirilib. Tədbirdə çıxış edən natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1818-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edərək, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetində, pedaqoji və tibb kolleclərində, rayonun ümumtəhsil müəssisələrində və mədəniyyət ocaqlarında da azərbaycanlıların soyqırımı hadisələrinin 100 illiyi müxtəlif səpkili tədbirlərlə qeyd olunub.


Son xəbərlər
Son Xəbərlər