31 Mart – azərbaycanlıların soyqırımı günü Lənkəranda qeyd olunub.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səhər saatlarından minlərlə rayon sakini soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıb.
İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə qızıl gül dəstəsi qoyub, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib.
Daha sonra rayonun hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil düzüblər.


Son xəbərlər
Son Xəbərlər