Toyota şirkəti yalnız avtomobillərinin keyfiyyəti ilə yox, həmçinin təklif etdiyi xidmətlər və keçirdiyi tədbirlərlə fərqlənməyə davam edir.
Toyota ilə ölkəmizdəki müştərilər arasında olan münasibət həm avtomobillərə, həm də tədbirlərə göstərilən maraqdan açıq-aşkar şəkildə bəlli olur. Müştərinin istəklərini yerindəcə həll etmək məqsədilə şirkətin nümayəndələri yeni “Mobil servis” layihəsi çərçivəsində Azərbaycanın bir çox bölgələrinə baş çəkirlər.
Yaxın günlərdə Lənkəran Şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Toyota Bakı Mərkəzi Cənub bölgəsinin ən böyük və tanınmış şəhəri olan Lənkəranda Toyota sərgi-yarmarkasını təşkil edəcək.
Yarmarka sentyabrın 19-da baş tutacaq. Cənub bölgəsinin sakinləri bu tədbirdə iştirak etməklə Toyota avtomobillərini test-drayv edə bilər. Bununla yanaşı Toyota avtomobillərini ala və pulsuz diaqnostika xidmətindən keçirə bilərlər.
Həmçinin cənub bölgəsinin sakinləri və Toyota sahibləri üçün xüsusi güzəştlər də nəzərdə tutulub. Xatırladaq ki, Toyota Bakı Mərkəzi Toyota şirkətinin Azərbaycandakı rəsmi dileridir.

Son xəbərlər
Son Xəbərlər