Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq

lenkeranda-ve-samuxda-iyulun-20-den-sertlesdirilmis-karantin-olmayacaq
Oxunma sayı: 4694

İyulun 20-dən Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.