Lənkəranda vətənpərvərliklə bağlı konfrans

lenkeranda-vetenperverlikle-bagli-konfrans-
Oxunma sayı: 851

Bu gün Lənkəranda vətənpərvərlik mövzusunda konfrans keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Vətənpərvər ruhda tərbiyə. Sağlam ailə, sağlam həyat” mövzuları müzakirə olunub.

Lənkəran Dövlət Tibb və Humanitar Kollecinin, orta məktəb şagird və müəllimlərinin, habelə müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələrinin qatıldığı tədbiri İcra aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Aydın Məmmədov açıb. Müdir müavini bildirib ki, gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunması onların gələcək inkişafını formalaşdıran mühüm amildir. Bu işə diqqət və qayğının artırılmasının vacibliyini vurğulayan A. Məmmədov bununla bağlı təhsil müəssisələrinin, ailələrin üzərinə böyük iş düşdüyünü bildirib.

Bundan başqa, tədbirdə bir çox mövzularda çıxışlar edilib, fikirlər səsləndirilib.