Lənkəranda xeyriyyə aksiyası keçirilib

lenkeranda-xeyriyye-aksiyasi-kecirilib
Oxunma sayı: 1028

Mərkəzi Gömrük Hospitalının təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hospitalın həkim briqadası Lənkəran şəhərində əhaliyə pulsuz tibbi xidmət göstərib.

“Qafqazinfo” xəbər verir ki, hospitalın 20-yə yaxın yüksək ixtisaslı, peşəkar, uzman kardioloq, dermatoloq, uşaq cərrahı, təcrübəli tibb bacıları gün ərzində 300 nəfərdən çox xəstəni müayinə edərək məsləhətlər vermiş və lazımi müalicələr təyin edilib.

Hospitalın kardiologiya şöbəsinin rəhbəri, uzman Ülvi Mirzəyev prezidentin göstərişi ilə respublikanın hər yerində əhalinin pulsuz müayinədən keçirildiyini, hospitalın tibb kollektivinin də bu nəcib aksiyaya qoşularaq ikinci dəfə Lənkəran şəhərində sakinlər üçün pulsuz müayinə təşkil etdiyini bildirdi. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bu xeyirxah aksiyaya dəstək verildiyini qeyd edib.