Lənkəranda yol qəzası - Sürücü xəsarət aldı + Foto

lenkeranda-yol-qezasi
Oxunma sayı: 810

Ələt-Astara magistralının Lənkəran rayonu, Kişiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.