Lənkəranda yol qəzası oldu - 2 ölü, 1 yaralı var

lenkeranda-yol-qezasi-oldu
Oxunma sayı: 3762

Lənkəran rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb.

“VAZ-2107” markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.

 Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.

1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır. 

Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.