Lənkəranda “zapravka”ya hücum edənlər tutuldu

lenkeranda-zapravkaya-hucum-edenler-tutuldu
Oxunma sayı: 966


“Qafqazinfo”nun Kəpəz tv-ə istinadən məlumatına görə, iki nəfərdən ibarət dəstə üzvləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Hadisəni törədən şəxslər rayonun Yuxarı Nüvədi kənd sakinləri- Seymur Əkbərov və 29 yaşlı Elvin Mürşüdovdur. Onlar ovdan qayıdarkən maskalanaraq ov tüfəngi ilə Parakənd kəndində yerləşən yanacaqdoldurma məntəqəsindən 40 manat, Kosalar kəndinə yerləşən yanacaqdoldurma məntəqəsindən isə 860 manat pulu hədə-qorxu gəlməklə oğurlayıblar. Saxlanılan şəxslər hadisəni sərxoş olaraq törətdiklərini deyirlər. Pulu isə gözətçidən qaytarmaq şərti ilə aldıqlarını deyirlər.

Onların istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun müəyyən hissəsi maddi sübüt kimi götürülüb.

Dindirilmə zamanı hər iki şəxs törətdiyi əməli etiraf edərək bundan peşman olduqlarını bildirib