Lənkəranda zona müşavirəsi keçirilib

lenkeranda-zona-musaviresi-kecirilib
Oxunma sayı: 1046

Bu gün Dövlət Statistika Komitəsinin və Lənkəran ŞİH-nin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, müşavirədə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.

Müşavirəni giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açaraq bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət statistikası sahəsində islahatları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün qarşıda mühüm vəzifələr durur.

Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, prezident İlham Əliyevin ölkənin iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür.

Toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd ərazi dairələri üzrə nümayəndiklərin qarşısında duran vəzifələrdən danışıb.