Lənkərandakı qəzada yaralananların adları məlum oldu - Yenilənib + Fotolar

lenkerandaki-qezada-yaralananlarin-adlari-melum-oldu
Oxunma sayı: 1428

Lənkəranda ağır qəzada 7 nəfər xəsarət alıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hadisə zamanı “42-ZA-220” dövlət seriya nişanlı "VAZ-2106" markalı minik avtomobili “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb.

Hadisə zamanı həmçinin “Opel” markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə  deformasiyaya uğramış avtomobildən çıxarılıb, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır. 

***

Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

“Report”xəbər verir ki, qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər - onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları - 9 yaşlı Boladi kənd sakinləri - Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıblar.

Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü, Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.