Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərov işdən çıxarılıb.
“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, T.Ələkbərovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar baş prokuror Kamran Əliyev bu gün onu qəbul edib.
Görüşdə K.Əliyev ona prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edib.