““Leopard”lar yanır, F-16-lar da yanacaq” - Putin

leopardlar-yanir-f-16-lar-da-yanacaq
Oxunma sayı: 4779

““Leopard”lar yanır, F-16-lar da yanacaq”.

“Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasındakı çıxışı zamanı bildirib.

"Ukraynaya “Leopord” tankları verilib. Onlar yanır, dünən də yanmışdı. Buna heç kimin şübhəsi olmasın. F-16-lar da yanacaq. F-16 təyyarələri Ukraynadakı döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza qərar verəcəyik. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir", - deyə Putin qeyd edib.