Lerikdə 2 ev yararsız hala düşdü, çadırlar quruldu - Video

lerikde-2-ev-yararsiz-hala-dusdu-cadirlar-quruldu
Oxunma sayı: 1962

Lerik rayonu, Hamarmeşə kəndində sakinlərə məxsus 2 ev yararsız hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri Rauf Əhmədov və Orucəli Fətullayevə məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə FHN-ə məlumat daxil olub.

Bununla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.