“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, hadisə iyunun 9-da səhər saatlarında Lənkəran-Lerik yolunun 30-cu kilometrliyində baş verib.
Əlli yeddi yaşlı Yaqub Həsənov idarə etdiyi “Ford” markalı ağır tonnajlı yük maşını ilə yolda hərəkətdə olarkən, əks istiqamətdən gələn nəqliyyat vasitəsi onu çaşdırıb, təhlükəli vəziyyətdən çıxmaq üçün sürücü maşını yolun sağ tərəfinə istiqamətləndirib.
Y.Həsənov həmin ərazinin sürüşmə zonası olmasını və buraya xəbərdaredici lentin vurulmasını nəzərə almayıb. Yolun sağ tərəfindəki sürüşmə zonasına çıxan avtomobilin qabaq təkəri sürüşüb və qəzalı şəraitdə qalıb.
Nəqliyyat vasitəsinin yüksüz olması da hadisənin baş verməməsinə səbəb olub.
Əraziyə Lerik Rayon Dövlət Yol Patrol Xidmətinin əməkdaşları gələrək yolun hərəkət zolağında nizamlanma işləri aparıblar.
Bu gün günorta saatlarında qəzalı vəziyyətdə olan avtomaşın təhlükəli yerdən kənarlaşdırılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər