Lerikdə əri tərəfindən döyülən qadın öldü

lerikde-eri-terefinden-doyulen-qadin-oldu
Oxunma sayı: 4071

Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. M.Qafarova orada vəfat edib.

Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, halının pisləşdiyini bildiriblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib.

M. Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi bildirilir.