Lerikdə faciə: ata, ana və qızı həlak oldu

lerikde-facie-ata-ana-ve-qizi-helak-oldu
Oxunma sayı: 696

Lerik rayonunda yaşayış evi yanıb.

“Qafqazinfo”  xəbər verir ki, FHN-nin yaydığı məlumata görə isə Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və  aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının  kəşfiyyatı  zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən  evdən çıxarılaraq  Təcili Tibbi Yardım xidmətinə təhvil verilib  və ona yerində  ilkin tibbi yardım göstərilib. 

Yanğınsöndürənlər tərəfindən ev sahibi  1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə  Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.