Lerikdə maşın çaya aşdı, ölən var

lerikde-masin-caya-asdi-olen-var
Oxunma sayı: 2298

Bu gün saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.