Bu gün Lerik rayonunda baş verən yanğın söndürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, saat 14 radələrində Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.
Son xəbərlər
Son Xəbərlər