Lənkəran-Lerik yolunun 29-cu km-də, Lerik rayonunun Piran kəndi ərazisində "Ford" markalı yük maşını dərəyə aşıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, qəza zamanı biri yüngül olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər