Lerikdə yük avtomobili piyadanı vuraraq öldürdü

lerikde-yuk-avtomobili-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 1697

Lerikdə yük avtomobili piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonu Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobili ilə Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.