Lerikə 64 sm hündürlükdə qar yağıb

lerike-64-sm-hundurlukde-qar-yagib
Oxunma sayı: 2189

"Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir".

"Qafqazinfo" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, bu gün yağan qar nəticəsində Lerikdə qarın hündürlüyü 64 sm,  Altıağacda 47 sm, Yardımlıda 42 sm, Xaltanda 41  sm qeydə alınıb: "Ölkə ərazisində şimal-qərb küləyi  əsib, bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb".