Lerikə istirahətə gedən yeniyetmə çayda boğuldu

lerike-istirahete-geden-yeniyetme-cayda-boguldu
Oxunma sayı: 3671

Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lerikin Piran kəndi ərazisində qeydə alınıb.

Belə ki, istirahət mərkəzlərinin birində 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov