Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda “Çelsi” ilə “Lester” komandaları qarşılaşıb.
Final matçının taleyini bir qol həll edib. Yuri Tilemans 63-cü dəqiqədə vurduğu qolla “Lester”i kubokun qalibinə çevirib.
Qeyd edək ki, “Lester” tarixində ilk dəfə bu turnirin qalibi olur. Rekord isə 14 dəfə çempion olmuş “Arsenal”a məxsusdur.
Son xəbərlər
Son Xəbərlər