“Lester”in 7 azarkeşi İtaliyada saxlanıldı

lesterin-7-azarkesi-italiyada-saxlanildi
Oxunma sayı: 1314

İngiltərənin Lester klubunun 7 azarkeşi İtaliyada saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, buna fanatların “Roma”ya qarşı Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda stadionun stüardlarına hücum etməsi səbəb olub.

Hadisənin matçın sonlarında baş verdiyi bildirilib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.