Son İngiltərə çempionu “Lester”in futbolçusu Əhməd Musa polis bölməsində dindirilib. “Qafqazinfo” xəbər verir ki, buna futbolçunun ailəsində tez-tez problem yaratması səbəb olub.
İngiltərə mətbuatına yer alan xəbərə görə, ailə üzvlərindən birini döydüyü üçün saxlanılan futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
İngiltərə polisinin futbolçuya cəza verib-verməyəcəyi isə yaxın vaxtlarda bəlli olacaq.
Qeyd edək ki, nigeriyalı gənc futbolçu “Lester” tarixinin ən bahalı transferidir.
Son xəbərlər
Son Xəbərlər