Levandovski ilin ən yaxşı idmançısı oldu

levandovski-ilin-en-yaxsi-idmancisi-oldu
Oxunma sayı: 1056

Polşada 2020-ci ilin ən yaxşı idmançısı məlum olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, “Bavariya”nın futbolçusu Robert Levandovskidir.

32 yaşlı hücumçu karyerası ərzində 2-ci dəfə bu mükafatı qazanıb. Levandovski 2016-cı ildə də Polşada ilin idmançısı seçilmişdi.

Hücumçu FİFA tərəfindən də 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.