Polşa millisinin və “Barselona”nın hücumçusu Robert Levandovski Avro-2024 öncəsi son yoxlama oyununda zədələnib.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Polşa millisi Varşavada Türkiyə yığması ilə qarşılaşıb.
Levandovski zədə səbəbindən oyunun 32-ci dəqiqəsində əvəzlənmə istəyib.
Qeyd edək ki, matç Polşanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər