Levandovskidən vida paylaşımı

levandovskiden-vida-paylasimi
Oxunma sayı: 3302

“Bavariya”dan “Barselona”ya keçdiyi açıqlanan Robert Levandovski Münhen klubu və azarkeşlərlə vidalaşıb. 

“Qafqazinfo” xəbər verir ki, polşalı forvard öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:

“Komanda yoldaşlarıma, bütün heyətə və “Bavariya” rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çox sağ olun! Bizi dəstəkləyən və bir çox titullar qazanmağımıza kömək edən hər kəsə də təşəkkür edirəm. Mən birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. İlk növbədə, azarkeşlərə təşəkkür etmək istərdim - klubu bu yerlərə gətirən sizsiniz. Biz oyunçular yalnız bir anlıq buradayıq. Mənim üçün burada səkkiz gözəl il keçdi, onu əbədi olaraq ürəyimdə saxlayacağam”.

Qeyd edək ki, Levandovski ötən gün Kataloniyaya gedib. “Bavariya” isə transfer üçün “Barselona” ilə razılaşdıqlarını açıqlayıb. La Liqa təmsilçisinin yaxın bir neçə gün ərzində 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacağı bildirilib.