Levon Aronyan Bakıda tək qaldı

levon-aronyan-bakida-tek-qaldi
Oxunma sayı: 2382

Bakıda keçirilən Dünya Kubokunun beşinci günündə 1/32 mərhələsinin cavab görüşləri keçirilib.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, bu gün daha iki erməni şahmatçısı mübarizəni dayandırıb.

İlk oyunda fransalı Maksim Vaşye-Lyaqravaya məğlub olan Qabriel Sarkisyan cavab qarşılaşmasında da sərfəli nəticə əldə edə bilməyərək çıxışını dayandırıb.

Daha bir erməni idmançısı Qrant Melkumyan isə kubalı Lenyer Dominqezə uduzaraq turnirlə vidalaşıb. Bu cütlüyün ilk oyunu heç-heçə ilə bitmişdir.

Bakıda yalnız bir erməni şahmatçısı Levon Aronyan turnirdə iştirakını davam etdirir. O ukraynalı Aleksandr Areşenko ilə hər iki oyunda bərabərliyə qalıb. Bu cütlüyün taleyi sabah tay-brekdə həll olunacaq.
Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan mübarizəni 1/64 mərhələdə dayandırıb.