“Lex” Bakıya yola düşdü - Fotolar

lex-bakiya-yola-dusdu
Oxunma sayı: 2208

Polşanın “Lex” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyun üçün Bakıya yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, Con van den Bromun başçılıq etdiyi kollektiv artıq Polşanı tərk edib. Bakıya uçuşun təxminən 4,5 saat çəkməsi gözlənilir. Bu gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda komandanın oyunöncəsi son məşqi olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Poznandakı ilk matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb.